BDU ilə Vilnüs Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

Tokio, 23 dekabr, /AJMEDIA/

Bakı Dövlət Universiteti (BDU) ilə Litvanın Vilnüs Universiteti arasında magistratura pilləsi üçün ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müqavilə BDU-nun Hüquq fakültəsi ilə Litvanın Vilnüs Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində insan hüquqları sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığını nəzərdə tutur.

Sənəddə insan hüquqları sahəsində birgə kadr hazırlığı məqsədilə ikili diplom proqramının həyata keçirilməsi öz əksini tapıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Vilnüs Universitetinin rektoru Rimvydas Petrauskas imzalayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts