Bayden Kiyevdə Ukraynaya 500 milyon dollar həcmində yeni yardım paketi barədə məlumat verib

Tokio, 20 fevral , /AJMEDIA/

Ukrayna ABŞ-dan 500 milyon dollar həcmində yeni yardım paketi alacaq. Bu barədə çərşənbə axşamı, fevralın 21-də rəsmən elan ediləcək.
AJMEDIA xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bunu Volodimir Zelenski ilə birgə brifinqdə bildirib.
Bayden deyib: “Bu gün xəbər verilən yardım paketinə “HIMARS” və haubitsalar üçün döyüş sursatı, çoxlu sayda “Javelin”, tankəleyhinə sistemlər, Ukrayna xalqını bombardmanlardan qorumaq üçün havadan müşahidə sistemləri daxildir”.
Bayden Ukraynaya silah tədarükü barədə öhdəlikləri də qeyd edib. Buraya 700-dən çox tank, minlərlə zirehli maşın, min vahid artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi və s. daxildir.
ABŞ Prezidenti daha sonra deyib: “Bu həftə biz Rusiya hərb maşınını dəstəkləməyə çalışan elita və şirkətlərə qarşı əlavə sanksiyalar elan edəcəyik”.
Amerika lideri qeyd edib ki, Konqresdə hər iki partiyanın dəstəyi sayəsində bu həftə ABŞ Ukrayna vətəndaşları üçün əsas xidmətlərin təmin olunmasına kömək məqsədilə büdcədən milyardlarla yardım ayıracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts