BƏƏ və Türkiyənin xarici işlər nazirləri Yaxın Şərqdə sülh və sabitlik məsələlərini müzakirə ediblər

Tokio, 5 noyabr , /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Sir Bəni Yas Forumu çərçivəsində ölkənin xarici işlər naziri Şeyx Abdulla bi Zayed Al Nahyan türk həmkarı Mövlud Çavuşoğlu ilə Yaxın Şərqdə baş verən son hadisələr fonunda sülh və sabitliyin təmin edilməsi məsələsini müzakirə ediblər.
AJMEDIA “Emirates” agentliyinə istinadla xəbər verir ki, görüşdə Yaxın Şərq ölkələrində silahlı münaqişələr, Ukraynada müharibə ilə bağlı yaranmış ərzaq böhranı ətrafında da fikir mübadiləsi aparılıb. M.Çavuşoğlu həmkarına Türkiyənin Qara dəniz vasitəsilə taxıl ixracını təmin etmək istiqamətində fəaliyyəti barədə məlumat verib.
Şeyx Abdulla bin Zayed ölkəsinin Türkiyə ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirib, iki ölkənin regional problemlərin həllində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sir Bəni Yas adasında keçirilən forumda Körfəzin və Şimali Afrikanın ərəb ölkələrinin xarici işlər nazirləri iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts