Azərbaycan və İtaliya arasındakı mədəni münasibətlər müzakirə edilib

Tokio, 26 aprel , /AJMEDIA/

Ölkəmizdə ilk dəfə keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində İtaliyada fəaliyyət göstərən “Akkademia D’arte Lirika”nın bədii rəhbəri Vinçenzo de Vivo Bakı şəhərində səfərdədir. Aprelin 25-də o, Mədəniyyət Nazirliyində görüş keçirib.
Nazirlikdən AJMEDIA-a bildirilib ki, görüş çərçivəsində “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı barədə fikir mübadiləsi aparılıb, Azərbaycan və İtaliya arasındakı mədəni münasibətlər, o cümlədən ölkəmizdə klassik vokal məktəbinin inkişaf perspektivləri, mümkün birgə layihələr müzakirə edilib.
Xatırladaq ki, dünyanın ən mötəbər vokal müsabiqələrinin münsiflər heyətinin üzvü olan italiyalı musiqi xadimi, Barokko dövrü musiqisinin mükəmməl bilicisi, professor Vinçenzo De Vivo istər bədii rəhbəri olduğu teatrların dünya səviyyəsində yüksək mövqeyi, istərsə də onlarla opera tamaşasına yazdığı librettoları ilə dünyada məşhurdur.
O, “La Skala” teatrından başlayaraq Trevizo şəhərində yerləşən “Teatro Communale” teatrına qədər fəaliyyət göstərib, dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərlə çalışıb.
2011-ci ildən bədii rəhbəri olduğu “Akkademia D’arte Lirika”da Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan, Almaniya, Fransa, Rusiya, Braziliya, Misir, Yunanıstan, İsrail və digər ölkələrdən gələn tələbələri dünya opera səhnəsinə hazırlamaqdadır.
Xatırladaq ki, festival çərçivəsində o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ustad dərsləri keçəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts