Avstriyada dəmiryolçular bir sutkalıq ümumölkə tətilinə çıxıblar

Tokio, 28 noyabr , /AJMEDIA/

Avstriya dəmiryolçularının bir sutkalıq tətilə çıxması səbəbindən ölkədə ictimai nəqliyyat iflic vəziyyətinə düşüb.
AJMEDIA xəbər verir ki, Avstriyada Federal Dəmir Yolları (ÖBB) və Həmkarlar İttifaqı (Vida) arasında maaşların artırılmasına dair danışıqlarda razılaşma əldə edilmədikdən sonra, Vida bütün ölkə üzrə dəmiryolçuları tətilə çağırıb. Noyabrın 28-dən saat 00.00-dan başlayan tətil regional, beynəlxalq və gecə qatarlarına da şamil olunur.
ÖBB artıq bir neçə gündür sərnişinlərə noyabrın 28-dəki mümkün tətil barədə xəbərdarlıq edərək, alternativ səfər imkanlarından istifadə etməyi xahiş edirdi. Lakin əhalinin sıx yaşadığı regionlarda, əsasən də Vyana və Zalsburq şəhərlərində nəqliyyatda vəziyyət gün ərzində kritik həddə çata bilər.
Qeyd edilməlidir ki, maaşların 8,44 faiz artırılması tələbinə rədd cavabı alan həmkarlar ittifaqı ölkə üzr 40 mindən artıq dəmiryolçunu tətilə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts