Avstriya Çindən gələnlər üçün test öhdəliyi tətbiq edən ölkələr sırasına qoşulub

Tokio, 5 yanvar , /AJMEDIA/

Avstriya Çindən Avropaya səfər edənlər üçün test öhdəliyi tətbiq edən ölkələr sırasına qoşulub.
AJMEDIA xəbər verir ki, Avstriyanın Səhiyyə Nazirliyi ötən günlərdə belə bir öhdəliyin texniki və tibbi cəhətdən məqsədyönlü olmadığını elan etsə də, bir sıra Avropa ölkəsinin müvafiq addımı və həmçinin Çindən ölkəyə daxil olan şəxslərdə yoluxma hallarının artımı rəsmi qərara öz təsirini göstərib. Nazirlikdən bildirilib ki, Çindən Avstriyaya səfər edən şəxslər uçuşdan öncə test verməli olacaqlar və bununla bağlı detallar üzərində iş gedir.
Avropa İttifaqının (Aİ) səhiyyə ekspertləri yanvarın 4-də bütün Aİ üzrə Çindən gələn şəxslər üçün test öhdəliyi barədə razılığa gələ bilməsələr də, üzv ölkələrin fərdi qaydada belə bir öhdəliyi tətbiq etmələrini tövsiyə etmişdilər. Aİ-nin səhiyyə komissarı Stella Kiriakides Aİ ölkələrinin Çindəki koronavirus dalğası ilə bağlı yaranmış vəziyyətə koordinasiyalı şəkildə yanaşmalarını alqışlayıb.
Avropa İttifaqının Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) verdiyi məlumata görə, hazırda Çində koronavirusa yoluxma halları Aİ-dəki epidemioloji vəziyyətə birbaşa təsir göstərməyəcək. Bir tərəfdən Çində sirkulyasiya edən virus variantları Avropada da mövcuddur və Aİ ölkələrində yoluxma və peyvəndlər sayəsində immunitet səviyyəsi kifayət qədər yuxarı hesab edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts