Avropa İttifaqının Ukraynaya makromaliyyə yardımı barədə memorandum imzalanıb

Tokio, 16 yanvar , /AJMEDIA/

Bu gün, yanvarın 16-da Ukrayna və Avropa İttifaqı 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımı ayrılması barədə memorandum imzalayıblar.
AJMEDIA Ukraynanın Baş naziri Denis Şmıqalın tviter səhifəsinə istinadla xəbər verir ki, Şmıqalın sözlərinə görə, Ukrayna bu yardımın üç milyard avro məbləğində birinci tranşının bu həftə ödəniləcəyinə ümid edir.
Şmıqal deyib: “Ukrayna və Aİ ölkəmizə 18 milyard avro məbləğində makromaliyyə yardımı ayrılması barədə anlaşma memorandumu imzalayıblar. Üç milyard avro məbləğində tranşın bu həftə ödəniləcəyini gözləyirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts