Astana Qazaxıstanda Rusiyaya qarşı sanksiyalardan yan keçilməsinə imkan verməyəcək

Tokio, 26 dekabr , /AJMEDIA/

Astana Rusiyaya qarşı sanksiyalarda iştirak etmir və Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərdən yan keçmək üçün Qazaxıstandan istifadə olunmasına də yol verməyəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi yerli telekanala müsahibəsində deyib.
“Astana Rusiyaya qarşı sanksiyalarda iştirak etmir, lakin heç bir kompaniyanın sanksiyalardan yan keçmək üçün Qazaxıstandan istifadə etməsinə imkan verməyəcək”, – deyə Muxtar Tleuberdi bildirib. O, eyni zamanda, Astana ilə Moskva arasında sıx iqtisadi əlaqələrinin olduğunu və Rusiyaya qarşı sanksiyaların Qazaxıstan iqtisadiyyatına mənfi təsir göstərdiyini xatırladıb.
Ukrayna ətrafında yaranan vəziyyətdən danışan nazir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin həm Rusiya lideri, həm də Ukrayna prezidenti ilə müntəzəm əlaqə saxladığını deyib. “Kasım-Jomart Tokayev hər iki ölkə liderini danışıqlar masası arxasına oturmağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırır”, – deyə Qazaxıstanın xarici işlər naziri əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts