Araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının medalı ilə təltif olunub

Tokio, 29 may , /AJMEDIA/

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının “Gümüş medal”ı ilə təltif olunub.
AJMEDIA xəbər verir ki, medal yazara 28 May – Müstəqillik Günündə I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Bakı Dövlət Universitetində keçirilən bağlanış mərasimində təqdim edilib.
Əkbər Qoşalı bu medala qardaş xalqlar arasında elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə layiq görülüb.
Qeyd edək ki, ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri, Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilən azərbaycanlı yazara bundan öncəki illərdə TÜRKSOY-un, eləcə də Qazaxıstanın, Qırğız Respublikasının medalları, habelə Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts