ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə piyada əleyhinə 240 mina aşkarlanaraq zərərsizləşdirilib

Tokio, 29 avqust , /AJMEDIA/

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AJMEDIA-ya bildiriblər ki, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina və 81 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 731 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts