Amerika rok qrupu “Foo Fighters” 3 “Qremmi” mükafatına layiq görülüb

Tokio, 4 aprel , /AJMEDIA/

Amerika rok qrupu “Foo Fighters” 3 “Qremmi” mükafatına layiq görülüb.

AJMEDIA xəbər verir ki, bu barədə “Qremmi” mükafatlandırma mərasimində bildirilib.

Qrup üç nominasiyada – “Medicine at Midnight” mahnısına görə “Ən yaxşı rok albomu”, “Waiting On a War” mahnısına görə “Ən yaxşı rok mahnısı” və “Making a Fire” mahnısına görə “Ən yaxşı rok ifası” nominasiyalarında qalib olub.

Qeyd edək ki, “Foo Fighters” qrupunun üzvləri zərb ifaçısı Taylor Hokinsin martın sonunda Cənubi Amerika turnesi zamanı vəfat etdiyi üçün mükafatlandırma mərasimində iştirak etməyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts