Alp dağlarında itkin düşən altı xizəkçidən beşinin meyiti tapılıb

Tokio, 11 mart , /AJMEDIA/

İsveçrədə Alp dağlarında yoxa çıxan altı xizəkçidən beşi həlak olub.

AJMEDIA xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Martın 9-dan bəri “Zermatt-Arolla” gəzinti marşrutu ilə fəal şəkildə axtarılan altı nəfərdən beşi martın 10-u ölü tapılıb”, – deyə polisin açıqlamasında bildirilir.

Qeyd olunur ki, yerli vaxtla saat 21:20-də üç xilasedici və bir polisdən ibarət qrup həlak olanların cəsədlərini aşkar edib.

Altıncı xizəkçinin axtarışları davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts