Almaniya humanitar yardım kimi Özbəkistana 1,2 milyon doza “Pfizer/BioNTech” peyvəndi göndərib

Tokio, 14 Sentyabr, /AJMEDIA/

Bu gün Almaniyadan humanitar yardım kimi Özbəkistana 1,2 milyon doza “Pfizer/BioNTech” peyvəndi gətirilib.

AJMEDIA Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, artıq Özbəkistanda vaksin ehtiyatı 24 milyonu keçib. İndiyədək ölkədə 16,8 milyon doza peyvənd istifadə edilib. Belə ki, 9,9 milyon insan birinci, 5,1 milyon ikinci, 1,7 milyon adam isə üçüncü dozanı vurdurub.

Hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V” və “Moderna” peyvəndlərindən istifadə olunur.

İlin sonunadək 7 milyon nəfərin peyvənd olunması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts