Tokio, 13 avqust , /AJMEDIA/
Akademik Zərifə Əliyeva adına Liseyin məzunu Murad Abdulhəmidov IV qrup üzrə Estoniya, Rusiya və Türkiyənin tibb universitetlərinə qəbul olunub.
Bu barədə AJMEDIA-ya liseydən məlumat verilib.
Həmin universitetlər aşağıdakılardır: Tartu Universiteti (Estoniya), Hacettepe Universiteti, İstanbul Medipol Universiteti, Orta Doğu Texniki Universiteti (Türkiyə), İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (Rusiya).
Murad Abdulhəmidov liseydə qızıl nişana layiq görülüb.