Aclığı aradan qaldırır, həzmi yaxşılaşdırır, ürəyin fəaliyyətini normallaşdırır – bananın faydaları

Tokio, 2 dekabr , /AJMEDIA/

Asiya və Latın Amerikası ölkələrində geniş ərazilərdə becərilən, bazar və dükanlarımızda ən çox satılan meyvələr içərisində olan banan yüksək kalorili olduğundan dünyanın əksər bölgələrində əhalinin əsas qida məhsuludur. Tərkibindəki vitaminlərin zənginliyinə görə bir çox xəstəliyin qarşısını alır, həm də insana enerji verir.
AJMEDIA xəbər verir ki, bunu Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov bananın faydalarından danışarkən deyib.
O bildirib ki, banan insan orqanizmində kalsium vitamini yaradır və sümüklərin möhkəmlənməsinə, yediyimiz qidaların tez həzm olunmasına kömək edir.
“Banan ləti nişasta ilə zəngindir. Yetişdikcə bu nişasta, bir qrup sortlarda şəkərə çevrilir, digərlərində isə çevrilmədən nişasta şəklində qalır. Bu halda ondan qənnadı sahəsində müxtəlif məmulatların hazırlanmasında istifadə olunur. Belə meyvələr qurudulduqdan sonra ondan alınan pastadan buğda, qarğıdalı və digər dənli bitkilərin əvəzedicisi kimi istifadə olunur,” – H.İdrisov söyləyib.
Tam yetişməmiş bananın istifadəsi şəkərli diabet və mədə şirəsinin yüksək turşuluğu zamanı məsləhət görülmür.
Mütəxəssis səhərlər bir banan yeməyin aclığı götürdüyünü, enerji verdiyini deyib. Müalicəvi əhəmiyyətə malik olan banan zəif işlədici, antibakterial, spazma götürən, ödqovucu, sidikqovucu, yara və xora sağaldıcı, sakitləşdirici olmaqla, soyuqdəyməyə faydalıdır, həzmi yaxşılaşdırır. Həmçinin ürək fəaliyyətini normallaşdırır, qan təzyiqini artırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts