ABŞ-ın Türkiyəyə “F-16”ların satışı ilə bağlı mühüm mərhələ tamamlanıb

Tokio, 11 fevral , /AJMEDIA/

ABŞ-ın Türkiyəyə “F-16” qırıcı təyyarələrin satışı ilə bağlı mühüm mərhələ fevralın 10-da tamamlanıb. Konqresdə dəyərləndirmə və etiraz mərhələsi başa çatıb.

AJMEDIA xəbər verir ki, ABŞ Dövlət Departamentinin yanvarın 26-da Konqresə göndərdiyi rəsmi bildirişdən sonra başlayan 15 günlük araşdırma və etiraz müddətində yalnız Kentukki senatoru Rand Paul Senata etirazını təqdim edib. Paulun təqdim etdiyi qanun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilsə də, orada qanun layihəsi ilə bağlı heç bir tədbir görülməyib.

Bununla da, ABŞ Silah İxracına Nəzarət Qanununa uyğun olaraq müvafiq qurumlar arasında satış prosesinin başlaması üçün heç bir maneə qalmadı.

Qeyd edək ki, həm Senat, həm də Nümayəndələr Palatasının xarici əlaqələr komitələri bildirişin edildiyi gün verdikləri açıqlamalarda “F-16”ların Türkiyəyə satışını təsdiqlədiklərini söyləyiblər.

Xatırladaq ki, Türkiyə ABŞ-dan 40 yeni “F-16” Block 70 döyüş təyyarəsi və inventarında olan 79 təyyarə üçün modernizasiya dəsti tələb edir. Ötən il Konqresin bəzi üzvləri “F-16”ların satışını şərtləndirən əlavə maddələri ABŞ Müdafiə Nazirliyinin büdcə qanun layihəsindən çıxarmışdılar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts