UNICEF Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrində epidemiya riski barədə xəbərdarlıq edib

Tokio, 11 fevral , /AJMEDIA/

Zəlzələdən sonra suriyalıların ilk növbədə içməli su və qidaya ehtiyacı var, fəlakətdən zərər çəkmiş bölgələrdə epidemiya riski yüksəkdir.

AJMEDIA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalına açıqlamasında UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional nümayəndəsi Əmmar Əmmar deyib.

Onun sözlərinə görə, Suriya xalqının hər cür yardıma ehtiyacı var, amma hazırda ilkin ehtiyac içməli su və yeməkdir.

“İndi tədbir görməsək, milyonlarla insana təsir edə biləcək epidemiyanın yaranmasından qorxuruq”, – deyə Ə.Əmmar bildirib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts