2021-ci ildə NATO-nun ümumi müdafiə xərcləri 270 milyard dollar artıb

Tokio, 1 aprel , /AJMEDIA/

2021-ci ildə Şimali Atlantika Alyansının ümumi müdafiə xərcləri 2020-ci illə müqayisədə 3,1 faiz, yəni 270 milyard dollar artıb.

AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq 2021-ci ilin təhlükəsizlik üzrə məruzəsini təqdim edərkən deyib.

“Artıq mütəmadi olaraq yeddinci ildir ki, NATO-nun müdafiə xərcləri artmaqda davam edir. 2021-ci ildə bu göstərici 3,1 faiz artaraq 270 milyard dollar təşkil edib”, – deyə Yens Stoltenberq bildirib.

Alyansın baş katibi müttəfiq ölkələrə ümumdaxili məhsulun 2 faizini müdafiəyə ayırması tələbinin “hərbi xərclərin tavanı deyil, minimal həddi” olduğunu vurğulayıb və NATO-ya üzv dövlətlərin bu istiqamətdə xərclərini artırmağa davam edəcəklərinə ümidvar olduğunu deyib. Yens Stoltenberq 2014-cü ildə alyansa üzv ölkələrin hərbi xərclərini 10 il ərzində, yəni 2024-cü ilədək ÜDM-in 2 faizinə çatdırmaq qərarına gəldiyini bir daha xatırladıb.

Reallıqda isə Şimali Atlantika Blokuna qoşulan 30 ölkədən yalnız səkkizi 2021-ci ildə hərbi xərcləri ÜDM-in 2 faizlik həddinə çatdıra bilib. Qurumun hesabatında təqdim olunan statistik məlumatlara görə, bu sıraya Yunanıstan (3,9 faiz), ABŞ (3,57 faiz), Polşa (2,34 faiz), Böyük Britaniya (2,25 faiz), həmçinin Xorvatiya və Baltikyanı ölkələr daxildir. Digər aparıcı NATO dövlətləri – Fransa (1,88 faiz), Türkiyə (1,6 faiz), İtaliya (1,54 faiz), Almaniya (1,49 faiz), İspaniya (1,03 faiz) hələ də bu öhdəliyi yerinə yetirməyib.

NATO rəsmiləri Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Avropa dövlətlərinin hərbi xərclərini kəskin şəkildə artıracağını proqnozlaşdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts