Ərdoğan ABŞ-ın Türkiyədəki səfiri ilə görüşlərdən imtina edib

Tokio, 3 aprel , /AJMEDIA/

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk ilə daha görüşmək istəmədiyini bildirib.

AJMEDIA-nın məlumatına görə, Türkiyə prezidenti səfirin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşünü şərh edərkən bildirib ki, bundan sonra onun qapıları ABŞ səfiri üçün bağlıdır.

“Baydenin səfiri nə edir? Cənab Kamalı ziyarət edir. Ayıbdır, bir fikirləşin. Siz səfirsiniz. Sizin buradakı həmsöhbətiniz Prezidentdir”, – deyə R.T.Ərdoğan qeyd edib. “Qapılarımız onun üçün bağlıdır <...>. Niyə? Qoy yerini bilsin”, – deyə o əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts