Əfqanıstanda 19 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir

Tokio, 24 avqust , /AJMEDIA/

Əfqanıstanda əhalinin sosial vəziyyəti böyük narahatlıq doğurur və humanitar yardımlar bu ölkənin iqtisadiyyatını inkişafa yönəldə bilməz.
AJMEDIA xəbər verir ki, bunu BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffis deyib. O bildirib ki, Əfqanıstanda 19 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir. Ölkədə 6,6 milyon nəfərin təcili olaraq yardıma ehtiyacı var.
Onun sözlərinə görə, Əfqanıstanda son 20 ildə davam edən silahlı münaqişə infrastrukturu, kənd təsərrüfatını, ümumiyyətlə, iqtisadiyyatı tamamilə dağıdıb. Bu ölkənin iqtisadiyyatını bərpa etmək üçün illərlə vaxt lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts