Əfqanıstanda 11 vilayət işıqsız qaldı

Tokio, 30 aprel , /AJMEDIA/

Əfqanıstanın Pərvan vilayətində iki elektrikötürücü xəttin dayağı partladılıb.

AJMEDIA xəbər verir ki, bu barədə “Da Afghanistan Breshna Sherkat” (DABS) şirkəti məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ölkənin 11 vilayətinə, o cümlədən Kabilə elektrik enerjisinin verilməsi dayandırılıb.

“Pərvan əyalətinin Salanq şəhərinin cənubundakı Taqma rayonunda mina partlaması nəticəsində iki​ elektrik xəttinin dirəyi dağıdılıb. Hadisə ilə əlaqədar Kabildə və daha 10 vilayətdə elektrik enerjisi kəsilib”, – şirkətin açıqlamasında deyilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts