Zəngilan Hava Limanına beynəlxalq status verilib

Tokio, 15 oktyabr , /AJMEDIA/

Baş nazir Əli Əsədov Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə Sərəncam imzalayıb.
AJMEDIA xəbər verir ki, Sərəncama əsasən, Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməsi ilə bağlı tapşırıq verilib.
Zəngilan Hava Limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin “EUROCONTROL” təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts