“zəfər.az” saytı 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir

Tokio, 21 yanvar, /AJMEDIA/

“zəfər.az” saytı ensiklopedik formatda hazırlanıb, Vətən müharibəsi və Böyük Qayıdışla bağlı məlumatları özündə əks etdirir.

AJMEDIA xəbər verir ki, bu sözləri zəfər.az saytının təqdimat mərasimində çıxış edən “azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova deyib.

O bildirib ki, saytın ideyası və konsepsiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsusdur. Ümumilikdə 12 bölmə, 62 alt bölmə üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir və həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində versiyalarının hazırlanması da nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts