Yeddi müntəzəm marşrut xətti ilə bağlı müsabiqə keçirilir

Tokio, 31 avqust , /AJMEDIA/

Müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Bu çərçivədə 5-i mövcud, ikisi isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən AJMEDIA-ya bildirilib ki, daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.
Eyni zamanda, vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin tələbatı nəzərə alınaraq metronun “Xalqlar Dostluğu” stansiyasını Binə Ticarət Mərkəzi ilə əlaqələndirən E1 və Sədərək Ticarət Mərkəzi ilə əlaqələndirən E2 nömrəli yeni sürətli rejimdə müntəzəm marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts