YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha iki qazimiz sağalaraq Vətənə geri dönüb

Tokio, 5 may , /AJMEDIA/

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha iki qazimiz sağalaraq Vətənə geri dönüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, həmin qazilər Alxasov Camal İlqar oğlu və İskəndərli Elnur Zöhrab oğludur.
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən və yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts