Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ olub

Tokio, 1 Noyabr, /AJMEDIA/

Noyabrın 1-də yerli vaxtla saat 6:14 dəqiqədə Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib. Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın şərqində yerləşən prefekturalarda hiss olunub.

İbaraki prefekturasının yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, ərazidə yerləşən “Tokay-2” AES-də ştatdan kənar vəziyyət qeydə alınmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts