Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti koronavirusun “omikron” ştamına qarşı peyvənd hazırlayacaq

Tokio, 30 Noyabr, /AJMEDIA/

Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti koronavirusun “omikron” ştamına qarşı peyvənd hazırlamaq niyyətindədir.

AJMEDIA xəbər verir ki, bu barədə noyabrın 30-da “Yomiuri şhimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, şirkətin mütəxəssisləri gələcək peyvəndin əsasını təşkil edəcək virus hüceyrələrinin yaradılması istiqamətində hazırlıqlara başlayıblar. Lakin peyvəndin hazır olacağı vaxt barədə konkret məlumat verilmir.

Qeyd edilir ki, bu şirkət tərəfindən koronavirusun istənilən ştamına qarşı peyvəndin hazırlanması istiqamətində iş aparılır. Həmin məhsulun cari maliyyə ilinin (2022-ci il martın 31-də başa çatır) sonlarınadək bazara çıxarılması nəzərdə tutulur. Bu məqsədlə şirkətin oktyabrın 20-də həmin peyvəndin təqribən 3 min nəfər üzərində sınaqlarına başladığı da qeyd edilir.

Əlavə olaraq bildirək ki, hazırda Yaponiyada COVID-19-a qarşı ABŞ-Almaniya birgə “Pfizer və BioNTech” konsorsiumunun, ABŞ-ın “Moderna” və Britaniya-İsveç birgə “AstraZeneca” şirkətlərinin peyvəndləri tətbiq edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts