Yaponiyanın Miyaqi prefekturasında quş qripinə görə 21 mindən çox toyuq məhv ediləcək

Tokio, 23 noyabr , /AJMEDIA/

Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi prefekturasında quş qripinin yayılması səbəbindən 21 mindən çox toyuq məhv ediləcək.
AJMEDIA xəbər verir ki, bu barədə noyabrın 23-də Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, yerli hakimiyyət orqanları regionda infeksiyanın yayılmasının səbəblərini araşdırmağa başlayıb.
Qeyd edək ki, cari fəsildə Yaponiyanın şimal, qərb və şərq regionlarında quş qripinin ocaqları aşkar olunub. Nəticədə həmin ərazilərdəki fermalarda ümumilikdə 2 milyondan çox toyuq məhv edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts