Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb

Tokio, 23 yanvar, /AJMEDIA/

Yaponiyanın qəza vəziyyətində olan “Fukusima-1” atom elektrik stansiyasının altındakı buz divarını saxlamaq üçün tələb olunan ən azı 4 ton məhlulun sızması baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə “NHK” televiziya kanalı bildirib.

Məlumata əsasən, xüsusi baklardan məhlul sızması keçən həftə aşkar edilib. AES mütəxəssisləri hesab edirlər ki, borulardan birinin zədələnməsi sızmaya səbəb ola bilər, hazırda nasazlığın tapılıb aradan qaldırılması istiqamətində əməliyyat işləri aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts