Yaponiyada son sutkada koronavirusa yoluxanların sayı 84 mini ötüb

Tokio, 30 yanvar, /AJMEDIA/

Yaponiyada koronavirusun “omikron” ştamı ilə əlaqədar yoluxanların sayı son beş gün ərzində fasiləsiz olaraq reni rekord müəyyən etməkdə davam edir.

AJMEDIA xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyinin yanvarın 29-da axşam saatlarında yaydığı məlumata görə həmin gün yoluxanların ölkə üzrə ümumi sayı 84 min nəfəri ötüb. Ümumilikdə 734 nəfərin vəziyyətinin ağır olduğu bildirilir ki, bu da bir gün əvvəlki göstərici ilə müqayisədə 37 nəfər çoxdur.

Tokio hökumətinin yaydığı məlumata görə həmin gün paytaxtda 17 min 433 yeni yoluxma halı qeydə alınıb. Bu, cümə günündən sonra qeydə alınan ikinci yüksək göstəricidir. Son yeddi gündə gündəlik yoluxma sayı orta hesabla bir həftə əvvəlki göstəricini iki dəfədən çox üstələyir.

Bildirilir ki, uşaqlar arasında yoluxma sayının artması ölkənin qabaqcıl pediatriya müəssisələrinin fəaliyyətinə də təsir göstərir.

Həmçinin son yoluxmanın dializ xəstələrinə toxunduğu da qeyd edilir. Belə xəstələrdə virusa yoluxma daha ağır fəsadlara səbəb olur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts