Yaponiyada koronavirusa 35 mindən çox yeni yoluxma halı qeydə alınıb

Tokio, 16 may , /AJMEDIA/

Mayın 15-də Yaponiyada koronavirusa 35008 yeni yoluxma halı qeydə alınıb, 25 nəfər həyatını itirib.
AJMEDIA xəbər verir ki, bu barədə NHK telekanalı ölkənin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli bələdiyyələrə istinadla məlumat yayıb.
Nazirliyin verdiyi məlumata görə, bazar günü EKMO süni qan dövranı aparatına qoşulanların sayı 139 nəfər təşkil edib. Bu, şənbə gününün göstəricisindən 14 nəfər azdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts