Yaponiyada İstilik Elektrik Stansiyasında yanğın baş verib

Tokio, 4 iyul , /AJMEDIA/

İyulun 4-nə keçən gecə Yaponiyanın mərkəzi hissəsində yerləşən “Hiqaşi-Niiqata” İstilik Elektrik Stansiyasının (İES) ərazisində yanğın baş verib. Nəticədə İES-də elektrik enerjisinin istehsalı qismən dayandırılıb.
AJMEDIA xəbər verir ki, bu barədə İES-in operatoru olan “Tohoku Electric Power Co.” şirkətinin saytında yayılan məlumatda bildirilir. Qeyd edilir ki, hazırda yanğının qarşısı alınıb və əməkdaşlar hadisənin baş verməsi səbəblərini araşdırırlar. Bununla yanaşı, İES müvəqqəti olaraq 605 MBt əvəzinə 400 MBt gücündə elektrik enerjisi istehsalını davam etdirir.
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin yaydığı məlumata görə, həmin İES ümumilikdə saatda 58,9 milyard kBt elektrik enerjisi hasil etməyə qadirdir.
Xatırladaq ki, Yaponiya hökuməti havaların isti keçməsi ilə əlaqədar iyulun 1-dən sentyabrın 30-dək yerli əhali və sahibkarlara elektrik enerjisindən qənaətlə istifadə barədə tövsiyə buraxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts