Yaponiyada “Fukusima-1” AES-in yerləşdiyi qəsəbədə təxliyə statusu qismən aradan qaldırılıb

Tokio, 30 avqust , /AJMEDIA/

Yaponiyada 2011-ci ilin martında baş verən güclü zəlzələdən sonra qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom elektrik stansiyasının (AES) yerləşdiyi Futaba qəsəbəsində təxliyə statusu qismən aradan qaldırılıb.
AJMEDIA xəbər verir ki, yerli hakimiyyət orqanlarının bu barədə qəbul etdiyi qərar avqustun 30-da qüvvəyə minib.
Qeyd olunur ki, həmin ərazilərin sakinləri bundan sonra öz evlərinə qayıdaraq orada yaşaya bilərlər.
Futaba dəmir yolu stansiyasının yaxınlığında yerləşən ərazilərə qəsəbənin kommersiya obyektlərinin və sosial infrastrukturun yerləşdiyi mərkəzi hissəsi və şimal-şərq rayonları daxildir. Bununla yanaşı, qəsəbənin təqribən 20 faizi hələ də yaşayış üçün təhlükəli zonadır.
2011-ci il martın 11-də baş verən güclü zəlzələ, sunami və AES-dəki qəzadan sonra Futaba qəsəbəsinin sakinləri təxliyə ediliblər və 9 ildən sonra onlara qəsəbənin şimal-şərq ərazilərinə orada gecələmədən qayıtmaq hüququ verilib. Cari il iyulun sonlarınadək qəsəbəyə təqribən 3500 nəfər qayıdıb.
Futabanın hakimiyyət orqanları 2030-cu ilədək qəsəbə sakinlərinin sayını azı 2 minə çatdırmağı planlaşdırırlar, lakin buraya qayıtmaq istəyənlərin sayı çox azdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts