Yaponiyada dünyanın ən yaşlı sakini vəfat edib

Tokio, 25 aprel , /AJMEDIA/

“Ginnesin Rekordlar Kitabı”na görə dünyanın ən yaşlı sakini hesab edilən Yaponiya vətəndaşı Kane Tanaka ömrünün 120-ci ilində vəfat edib.
AJMEDIA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Xatırladaq ki, cari ilin yanvarında K.Tanakanın 119 yaşı tamam olub. Həmin qadın Fukuoka prefekturasındakı ahıllar evində yaşayardı və COVID-19 pandemiyasına görə qohumları ilə görüşə bilmirdi.
K.Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. Onun həyat yoldaşı və oğlu İkinci Dünya müharibəsi zamanı həlak olublar. K.Tanaka bütün ömrü boyu düyü qoğalı satılan mağazada çalışıb. 1970-ci illərdə təqaüdə çıxaraq bir neçə dəfə ABŞ-a səyahət edib.
2005-ci ildən Fukuoka prefekturasındakı ahıllar evində yaşayan qadın 103 yaşında xərçəng şişinin götürülməsi üçün əməliyyat olunub. Onun bundan başqa hər hansı ciddi xəstəliyi olmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts