Yaponiya və ABŞ-ın xarici işlər nazirləri COVID-19-la mübarizəni gücləndirmək məqsədilə onlayn müzakirələr aparacaqlar

Tokio, 15 iyul , /AJMEDIA/

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi və ABŞ-ın dövlət katibi Entoni Blinken iyulun 19-da COVID-19 virusu ilə mübarizəni gücləndirmək məqsədilə onlayn müzakirələr aparacaqlar.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin iyulun 15-də yaydığı bəyanatda bildirilir.
Qeyd edilir ki, həmin görüşdə xarici işlər nazirləri ilə yanaşı, Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus daxil olmaqla digər beynəlxalq təşkilatların, ölkə və regionların nümayəndələri də iştirak edəcəklər.
Görüş zamanı peyvənd təminatı ilə əlaqədar tədarük zəncirinin möhkəmliyinin artırılması, səhiyyə işçilərinə dəstək və pandemiya ilə mübarizə məqsədilə digər tədbirlərin müzakirə olunacağı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts