Yaponiya saytı yapon və Azərbaycan şirkətləri arasında imzalanan anlaşma memorandumundan yazıb

Tokio, 28 dekabr , /AJMEDIA/

Yaponiyanın “online.logi-biz.com” saytı “Nıppon Experess Holdıngs” şirkəti ilə Azərbaycanın “Silk Way West Airlines” şirkəti arasında imzalanan memorandumdan yazıb.
AJMEDIA xəbər verir ki, iki şirkət arasında yükdaşımalar sahəsində qarşılıqlı əməkdaşlıq barədə imzalanan memorandumun məqsədi ekspeditor biznesinin inkişafına dəstək verməkdir.
Məlumatda əsas ofisi Bakı şəhərində yerləşən “Silk Way West Airlines” şirkəti barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, Avropa və ABŞ-ın böyük aeroportları ilə əməkdaşlıq edən bu şirkət 2012-ci ildən başlayaraq “Narita” aeroportu da daxil olmaqla Asiyanın əsas hava limanları ilə də əlaqələr şəbəkəsini genişləndirib.
Bildirilir ki, yapon şirkəti öz fəaliyyətinin əsas sahələrindən biri olan ekspeditor xidmətlərini “NX Group”un 2023-cü il üzrə dinamik inkişaf” planına müvafiq olaraq aviadaşımalar üzrə biznesin inkişafı strategiyasını fəal şəkildə həyata keçirmək niyyətindədir.
Məlumatda vurğulanır ki, Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyi cari ildə “NX Group” uzunmüddətli hədəflərinə çatmaq və dünya bazarında tanınan logistika şirkətinə çevrilmək üçün “Silk Way West Airlines” şirkəti ilə imzalanan memorandumu mühüm addım hesab edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts