Yaponiya Çindən gələn təyyarələrə qoyulan məhdudiyyəti aradan qaldırır

Tokio, 1 fevral , /AJMEDIA/

Yaponiya hakimiyyəti koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Çindən təyyarələrin gələ biləcəyi yerli hava limanlarının sayına qoyulmuş məhdudiyyəti aradan qaldırmaq niyyətindədir.
AJMEDIA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Hazırda Çindən gələn təyyarələr yalnız Tokio və Osakada, eləcə də mərkəzi Aiçi prefekturasında yerləşən dörd hava limanına enə bilər.
Bundan əlavə, Çindən ölkəyə gələnlər üçün məcburi PCR testindən keçmək tələbini də ləğv etməyi planlaşdırır.
Xatırladaq ki, Tokio ötən il dekabrın 30-da Çindən, Makaodan gələnlər və son bir həftə ərzində Çinə səfər edənlər üçün məcburi şəkildə koronavirus testi tətbiq edib. Yanvarın 8-dən bu tələblər daha da sərtləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts