YAP-ın fəalları və könüllüləri nümunəvi aksiya təşkil ediblər

Tokio, 9 mart , /AJMEDIA/

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları və könüllüləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçiriblər.
AJMEDIA xəbər verir ki, aksiya çərçivəsində Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin analarını, həyat yoldaşlarını ziyarət edib, onlara Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyələr veriblər.
Xanımlarla söhbət zamanı dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Bildirilib ki, şəhid anaları doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə yerinə yetiriblər.
Şəhid ailələrinin üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts