Vüqar Bayramov: Yeni güzəştlər kirayə evlərin daha aşağı qiymətə təklif olunmasına səbəb ola bilər

Tokio, 17 yanvar , /AJMEDIA/

Yanvarın 18-dən yeni mənzillər Elektron İpoteka və Kredit Zəmanət Sistemi (EİKZS) üzərindən seçim üçün açıq olacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir.
AJMEDIA xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, bu ildən “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib. Yeni güzəştlər Fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq. Bu isə daha aşağı qiymətə həmin mənzillərin kirayə təklif olunmasına səbəb ola bilər. Qeyd edək ki, kirayə məzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 ildən 25 ilədək 2013-cü il yanvarın 1-dən sonra inşa edilən binalardan satın alınması məqsədilə təqdim edilir. Yəni, vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır və mənzillərin dəyəri manatla ödənilir.
“İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə, daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmaq üçün aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı, Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın alınması məqsədilə kirayəyə təklif olunacaq. Sabahdan mənzil seçimi başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna olunmur”, – deyə V.Bayramov qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts