Vətəndaşlarımız tərəfindən Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım toplanır

Tokio, 7 fevral , /AJMEDIA/

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar.
Türkiyənin ölkəmizdəki səfirliyindən AJMEDIA-ya bildiriblər ki, qardaş ölkədə zəlzələdən zərər çəkənlərə bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər müxtəlif ünvanlarda yardımlarını çatdıra bilərlər.
Eyni zamanda, Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır.
Yardımlar Bakıda “Doğtaş” mebel mağazasında toplanır.
Bundan başqa, əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı baş konsulluğa çatdırıla bilər. Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17-dir.
Xatırladaq ki, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Son məlumatlara görə, 3549 nəfər ölüb, 22 mindən çox insan yaralanıb, 5775 bina çöküb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts