Vətən müharibəsi şəhidi Aydın Əliyevin ailəsi ziyarət olunub

Tokio, 11 may , /AJMEDIA/

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Aydın Əliyevin ailəsini ziyarət edib.
İdarədən AJMEDIA-ya bildirilib ki, müharibənin ilk günlərindən döyüşə qatılan Aydın Əliyev 2020-ci il noyabrın 7-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirən zaman ağır yaralanıb və hərbi tibb müəssisələrinin birinə yerləşdirilib. Noyabrın 28-də isə xəstəxanada koma vəziyyətində olarkən şəhidlik zirvəsinə yüksəlib. Aydın Nəriman oğlu Əliyev Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts