Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş intellektual turnir təşkil olunub

Tokio, 27 fevral , /AJMEDIA/

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə turnirin ilk yarımfinal mərhələsi keçirilib.
AJMEDIA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, açılış mərasimində çıxış edən DVX rəisinin müşaviri, Vergiödəyicilərinə xidmət baş idarəsinin rəisi, turnirin münsiflər heyətinin sədri Elçin Məmmədov turnirin işçilərin asudə vaxtlarının səmərəli təşkili, kollektiv tədbirlər vasitəsilə DVX-nin müxtəlif strukturları və qurumlarının əməkdaşları arasında qeyri-formal münasibətlərin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, onların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malik olduğunu bildirib.
Ümumilikdə 35 komandanın iştirak etdiyi turnirin ilk yarımfinal mərhələsinə əvvəlcədən keçirilmiş püşkatma nəticəsində seçilmiş 18 komanda qatılıb. Beş raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara həsr edilmiş suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar təşkilatçı tərəfindən təqdim edilmiş xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. İlk yarımfinal mərhələsində uğurlu nəticə göstərmiş 9 komanda növbəti mərhələdə iştirak üçün vəsiqə qazanıb.
“Nə? Harada? Nə zaman?” intellektual turnirinin ikinci yarımfinal mərhələsi mart, finalı isə may ayında keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts