Türkmənistanın təbii qazının Azərbaycan vasitəsilə ixracı təklif olunub

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Amerikanın Trans-Caspian Resources (TCR) şirkəti Türkmənistana “Caspian Connector” layihəsini həyata keçirməyi təklif edib.

AJMEDIA xəbər verir ki, şirkətin həmrəhbəri Allan Mustardın sözlərinə görə, layihə Türkmənistanın dəniz yataqlarındakı təbii qazın Azərbaycanın enerji nəqliyyatı infrastrukturu ilə daşınmasını nəzərdə tutur.

Şirkətin həmrəhbəri bildirib ki, mövcud infrastrukturun potensialını maksimum dərəcədə artıracaq layihə Transxəzər boru kəməri layihəsindən az investisiya tələb edir.

A.Mustard bildirib ki, “Caspian Connector” layihəsi kifayət qədər sadə layihədir və Türkmənistanın illik 10-12 milyard kubmetr təbii qaz ixracına zəmanət verə bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts