Türkiyədə keçirilən “Efes-2022” təlimləri bu gün başa çatacaq

Tokio, 9 iyun , /AJMEDIA/

Türkiyədə keçirilən “Efes-2022” çoxmilli hərbi təlimlər İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid iyunun 9-da təşkil olunan növbəti mərhələ ilə başa çatacaq.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyəti təlimləri izləyən ali qonaqlar sırasındadırlar.
AJMEDIA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək təlimlərdə çıxışı nəzərdə tutulub.
“Yüksək səviyyəli müşahidəçi günü”ndə təlimləri izləyən Türkiyənin yerli və bu ölkədə akkreditasiya olunan xarici kütləvi informasiya vasitələri Ankara vaxtı ilə saat 7:00 radələrindən poliqondadır.
Poliqon təlimlərin və “Yüksək səviyyəli müşahidəçi günü”nün son mərhələsinə tam hazırdır.
Azərbaycanın da fəal şəkildə iştirak etdiyi bu təlimlərə 37 ölkə müxtəlif statuslarla qatılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts