Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihə reallaşdırıblar

Tokio, 15 dekabr, /AJMEDIA/

Türkiyə şirkətləri Azərbaycanda 15,4 milyard dollar həcmində podrat layihələri reallaşdırıblar.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib.

“Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihəsi reallaşdırıblar. Üçüncü ölkələr vasitəsilə sərmayələr daxil olmaqla, Türkiyənin Azərbaycana investisiyalarının ümumi məbləği 12 milyard dollara çatır”, – deyə nazir qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts