“Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Tokio, 6 aprel , /AJMEDIA/

AMEA Dendrologiya İnstitutunun ev sahibliyi ilə iyulun 1-dən 4-dək “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, konfrans Təhsil və Elmdə Tədqiqat üzrə Beynəlxalq Cəmiyyət (ISRES) tərəfindən təşkil olunur. Konfransın məqsədi müxtəlif ölkələrdən olan alimləri, tələbələri və idarəçiləri bir araya gətirmək və tibb, sağlamlıq və həyat elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri müzakirə etməkdir.

Konfransa daxil olan məqalələr elmi komitə tərəfindən qiymətləndirilərək toplu halında dərc ediləcək. Bununla yanaşı, nüfuzlu məqalələr “Web of Science” və “Scopus” bazalarında yerləşdiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts