Tbilisidə ticarətin maliyyələşdirilməsi və faktorinq əməliyyatları mövzusunda beynəlxalq konfrans keçirilir

Tokio, 20 oktyabr , /AJMEDIA/

Tbilisidə ticarətin maliyyələşdirilməsi və faktorinq əməliyyatları mövzusunda beynəlxalq konfrans keçirilir.
AJMEDIA xəbər verir ki, tədbirdə pandemiyanın iqtisadiyyata vurduğu ziyan, xüsusən də ticarətin maliyyələşdirilməsi sahəsində yaratdığı problemlər, bankların qarşılaşdıqları çətinliklər və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunur.
Konfransda ölkəmizi Azərbaycan Beynəlxalq Bankının, Rabitəbank, Unibank və VTB bankın məsul əməkdaşları təmsil edirlər.
İki gün davam edəcək tədbirdə faktorinq əməliyyatları, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və milli qanunvericilik məsələləri diqqət mərkəzində olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts