Tatarıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətləri müzakirə olunub

Tokio, 29 noyabr , /AJMEDIA/

Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri və hədəfləri, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Bakıda keçiriləcək Azərbaycan-Tatarıstan biznes forumunun iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.
Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenko ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, Tatarıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan məhsullarının ixracı, investisiya və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts