Tarix Muzeyi: Tarixi artefakt Vətənə qaytarılıb

Tokio, 16 iyul , /AJMEDIA/

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.
Muzeydən AJMEDIA-ya bildirilib ki, icraçı direktor Fərhad Cabbarovla görüşən Y.Salman keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandan İsrailə köçən bir soydaşımız tərəfindən aparılan tarixi artefaktı – saxsı badyanı muzeyə hədiyyə edib.
Xocalı-Gədəbəy mədəniyyətinə (eramızdan əvvəl II minilliyin sonu – I minilliyin əvvəlləri) aid olan bu badyanın muzeyin zəngin arxeoloji kolleksiyasında yer alacağını deyən F.Cabbarov eksponatı Vətənə qaytardığına görə Yeganə xanıma təşəkkürünü bildirib və İsraildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün gördüyü işlərdə ona uğurlar arzulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts