Tərtərin Xoruzlu kəndində tikilən məktəb binası yeni tədris ilində istifadəyə veriləcək

Tokio, 24 iyun , /AJMEDIA/

Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik binada son tamamlanma işləri görülür. Tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.
AJMEDIA xəbər verir ki, məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Ümumi tikinti sahəsi 2374 kvadratmetr olan binada inşaat işləri yekunlaşıb, həyətə hasar çəkilib, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb.
Hazırda binada son tamamlanma işləri aparılır. Divarlar rənglənir, döşəməyə lak çəkilir, daxili və xarici pilləkənlərə mərmər qoyulur. Həyətdə tamet və asfalt örtük döşənəcək, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.
Məktəb binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts